Məşqçilərin yeni reytinq siyahısı açıqlandı

Məşqçilərin yeni dünya reytinqi açıqlanıb. SportLine.az xəbər verir ki, siyahıda Topaz Premyer Liqasında fəaliyyət göstərən iki məşqçi də yer alıb.

Bunlardan biri - "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanovdur. 46 yaşlı mütəxəssis 1073 xalla 458-ci yerdə qərarlaşıb.

"Neftçi"nin çalışdırıcısı Roberto Bordin isə 123 xalla 961-cidir.

Qeyd edək ki, cədvələ 15 min 131 xalla “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir.