Məşqçilərin yeni reytinqi açıqlanıb

"World Coach Ranking" tərəfindən dünyanın ən yaxşı məşqçilərinin yeni reytinqi açıqlanıb.

Sportline.az xəbər verir ki, ilin ilk siyahısında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 465-ci pillədə yer alıb. Qurbanov ötən siyahı ilə müqayisədə 6 pillə geriləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 1 pillə geriləyərək, 123 xalla 962-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya "Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "River Pleyt”in baş məşqçisi Marselo Qallardo, 3-cü yerdə isə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeonedir.