"Messi" "Barselona" ilə yeni müqavilə bağlayacaqmı?

"Barselona" klubu, Lionel Messi ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, kataloniyalılar kapitanla müqavilənin müddətini 2023-cü ilin iyununa qədər uzatmaq niyyətindədirlər.

Qeyd edək ki, Messinin hazırkı müqaviləsinin müddəti 2021-ci ilin iyununda bitir.