Messi ən böyük hədəfini açıqladı

Amerika kuboku turnirinə hazırlaşan Argentina millisinin üzvü Lionel Messi ən böyük hədəfini açıqlayıb.

Sportline.az xəbər verir ki, seçmə komandanın heyətində bir neçə dəfə finalda çıxış etsə də, kubok qazana bilməyən ulduz futbolçu Argentina mətbuatına açıqlama verib.

“Argentina millisinin heyətində kubok qazanmadan karyeramı bitirmək istəmirəm. Bu, mənim ən böyük hədəfimdir. Hər dəfə yıxılanda ayağa qalxacam. Arzumun reallaşmasını istəyirəm”.