Messi "İnter"lə oyunda iştirak edə biləcək?

Bir müddətdir zədədən əziyyət çəkən Lionel Messi yaşıl meydanlara qayıtmağa yaxındır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, futbolçunun adı "Barselona"nın heyətinə daxil edilib. 

UEFA Çempionlar Liqasının 4-cü turu çərçivəsində "İnter"in qonağı olacaq Kataloniya klubu İtaliyaya gedəcək heyətə argentinalının da adını daxil edib. Onun meydana çıxıb-çıxmayacağı həkimlərin rəyindən sonra müəyyənləşəcək. 

Xatırladaq ki, L.Messi İspaniya La Liqasında "Sevilya"ya qarşı keçirilən görüşdə sağ qolundan xəsarət alıb. 

Qeyd edək ki, "İnter" - "Barselona" matçı ayın sabah bakı vaxtı ilə gecəyarısı start götürəcək.