Messi məşqlərə başladı

Zədədən əziyyət çəkən Lionel Messi məşqlərə başlayıb. SportLine.az xəbər verir ki, bu barədə "Barselona" klubunun rəsmi saytı məlumat yayıb. 

Xəbərdə L.Messinin yüngül fərdi və toplu məşqlər etdiyi qeyd olunub.

Xatırladaq ki, futbolçu La Liqada "Sevilya" ilə görüşdə sağ qolundan xəsarət almışdı. Müayinədən sonra onun sağ bazu sümüyündə sınıq aşkarlanmışdı.