Messi tilsimi qırdı

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Çelsi" - "Barselona" görüşü Lionel Messi üçün əlamətdar olub. SportLine.az xəbər verir ki, futbolçi ilk dəfə "zadəganlar"ın qapısına yol tapıb.

LİONEL MESSİNİN "ÇELSİ"YƏ QARŞI UĞURSUZ SERİYASI İLƏ TANIŞ OLUN

"ÇELSİ" - "BARSELONA" GÖRÜŞÜNDƏ QALİB MÜƏYYƏNLƏŞMƏDİ

Bunadək 8 dəfə London klubu ilə üz-üzə gələn L.Messi qapıya 29 zərbə endirsə də, heç birində rəqib torunu silkələyə bilməmişdi. 30-cu zərbə isə uğurlu alınıb.

Ümumilikdə, L.Messi Çempionlar Liqasındakı 98-ci qolunu vurub.

Qeyd edək ki, bu siyahıda Kriştianu Ronaldu 116 qolla liderdir.