Messi üçün daha bir yubiley oyunu

"Barselona"nın hücumçusu Lionel Messi üçün Çempionlar Liqasının, Dortmund "Borussiya"sı ilə görüşü (3:1) əlamətdar olub.

Sportline.az xəbər verir ki, o, Kataloniya klubunda 700-cü oyununa çıxıb. Görüşdə 1 qol vurub, 2 məhsuldar ötürmə verən Messi, 700 oyuna 613 qol, 240 qol ötürməsi ilə yadda qalıb.

Qeyd edək ki, L.Messinin Kataloniya klubunun heyətində çıxdığı ilk rəsmi görüş 2004-cü ildə “Espanyol”la oyun olub.