"Messi"dən 600-cü qol

Çempionlar Liqasının yarımfinalında "Barselona" - "Liverpul" görüşü (3:0) Lionel Messi üçün əlamətdar olub.

Sportline.az xəbər verir ki, argentinalı ulduz futbolçu görüşdə dubl edib. Messi bununla da "Barselona" forması ilə rəsmi görüşlərdə 600-cü qolunu vurub.

Qeyd edək ki, bu, eyni zamanda Lionel Messinin UEFA Çempionlar Liqasında 112-ci qoludur. Qitənin ən nüfuzlu klub turnirində ən çox qol isə hazırda "Yuventus"da forma geyinən Kriştiano Ronaldonun hesabındadır. Portuqaliyalı futbolçu 126 qolla liderliyini qoruyur.