Messinin bugünkü oyunda çıxışı sual altındadır

Argentina millisinin lideri Messi bu gün İspaniya ilə yoldaşlıq matçını kənardan izləyə bilər.

Sportline.az İspaniya mətbuatına istinadən xəbər verir ki, məşqçilər korpusu dizindəki zədədən əziyyət çəkən forvardı meydana buraxmağa tərəddüd edir.

Qeyd edək ki, "Barselona"nın hücumçusu İtaliya ilə yoldaşlıq matçında (2:0) da çıxış etməmişdi.