Messinin fanatlarına şad xəbər

Argentina seçmə komandasının kapitanı Lionel Messinin cəza müddəti başa çatır. 

Sportline.az xəbər verir ki, "Barselona"nın lideri, gələn aydan milliyə qayıdacaq.

Belə ki, noyabrın 2-dən etibarən 3 aylıq diskvalifikasiyası bitəcək Leo gələn ay keçiriləcək yoldaşlıq görüşlərində oynaya biləcək. Çünki məşqçilər korpusu "Barselona"nın liderini noyabrın 15-də Braziliya, 19-da isə Uruqvaya qarşı yoldaşlıq görüşünə kapitanı dəvət etməyi planlaşdırır.

Qeyd edək ki, Messi, Cənubi Amerikanın Futbol Federasiyasını (KONMEBOL) və hakimləri sərt şəkildə tənqid etdiyi üçün cəzalandırılmışdı.