Məsut Özildən Azərbaycana mesaj

"Arsenal"ın futbolçusu Məsut Özil azərbaycanlılara müraciət edib.

Sportline.az xəbər verir ki, özünün rəsmi "Tvitter" səhifəsi vasitəsilə açıqlama yayan türk futbolçu, finala kimi qalan 7 günü səbirsizliklə gözlədiyini bildirib. O, Azərbaycan dilində yerli fanatlara da səslənib: “Azərbaycanlı qardaşlarım! Biz bunu etdik – finaldayıq! Bakıda görüşənədək”.

Qeyd edək ki, Avropa Liqasının "Arsenal"la "Çelsi" arasındaklı final görüşü mayın 29-da Bakı Olimpiya Stadionunda  keçiriləcək.