Miçel "Səbail"lə oyuna hazırdır

"Qarabağ"ın futbolçusu Miçel zədəsini tam sağaldıb.

SportLine.az-ın klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən yaydığı xəbərə görə, ispan oyunçunun Topaz Premyer Liqasının 16-cı turunda "Səbail"lə matça tam hazır olduğu bildirilib. Baş məşqçi Qurban Qurban şans verəcəyi təqdirdə, o, meydana çıxacaq.

 Qeyd edək ki, “Səbail” – “Qarabağ” oyunu fevralın 18-i saat 17:30-da başlayacaq.