"Mil-Muğan" klubu qeyri-peşəkarlığa görə cəzalandırıldı

AFFA İntizam Komitəsinin (İK) bu gün keçirilən iclasında I divizionun XV turu müzakirə olunub.

Sportline.az xəbər verir ki, turun "Zaqatala” – "Mil-Muğan” qarşılaşmasında, qonaq komandanın heyətində adı protokola qeyd olunmamış futbolçunun iştirak etdiyini aşkarlayıb. Bu səbəbdən İmişli təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib. Üstəlik, klub 800 manat məbləğində cərimə olunub. "Zaqatala” – "Mil-Muğan” qarşılaşması meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.

"Binə"nin futbolçusu Ramil Kərimov "Xəzər"lə oyunda, "Şüvəlan"ın üzvü Mirkamil Həşimli isə "Qaradağ Lökbatan"la qarşılaşmada ikinci sarı vərəqəni aldığından meydandan kənarlaşdırılıb. Hər iki futbolçu 1 oyunluq cəzalanıb, klubları 20 manat cərimə edilib. "Şüvəlan" həmçinin 5 futbolçusu sarı vərəqə aldığından əlavə 80 manat ödəyəcək.