"Milan" 1 xalla kifayətləndi
İtaliya A Seriyasında 16-cı tur yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha bir qarşılaşma keçirilib. "Milan" səfərdə "Bolonya" ilə üz-üzə gəlib. Matçda hesab açılmayıb.
Bu nəticə ilə xal ehtiyatını 27-ə yüksəldən "Milan" 4-cü pillədə qalıb. "Bolonya" 12 xalla 18-cidir.