Milan derbisinin qalibi - "İnter"

İtaliya A Seriyasında IV turun görüşləri keçirilir.

Sportline.az xəbər verir ki, turun mərkəzi oyununda "Milan" "İnter"lə qarşılaşıb. Milan derbisində "göy-qaralar" 2:0 hesabı ilə qalib gəliblər.

"İnter" 12 xalla 1-ci, "Yuventus" 10 xalla 2-cidir. 6 xalı olan "Milan" 7-ci yerdə qərarlaşıb.

"Milan" - "İnter" - 0:2
Qollar
: Marselo Brozoviç, 49, Romelu Lukaku, 78