"Milan" gənc futbolçu ilə razılığa gəldi

İtaliyanın "Milan" klubu heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, A Seriya təmsilçisi  "Nitsa"nın 21 yaşlı futbolçusu Allan Sen-Maksiminlə razılıq əldə edib. 

"Sky Sports"un məlumatına görə, "rossoneri" gənc hücumçu üçün 20 milyon avro ödəməyə hazırdır. 

"Milan" hələ qış transfer pəncərəsində Allanı heyətinə qatmaq istəsə də, "Nitsa" buna icazə verməmişdi. 

Futbolçu isə artıq İtaliya klubu ilə razılıq əldə edib. Məlumata görə, "Milan" növbəti mövsüm Çempionlar Liqasında iştirak hüququ qazansa, Allan "Milan"la müqavilə bağlayacaq.

Qeyd edək ki, gənc hücumçu cari mövsüm Fransa I Liqasında keçirdiyi 21 oyunda 5 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.