"Milan" Rusiya klubunun futbolçusunu transfer etməyi planlaşdırır
“Milan” Rusiya klubu "Zenit”də çıxış edən futbolçu Qustavo Mantuanı transfer etməyi planına daxil edib.
Sportline.az "Team Talk" nəşrinə istiandən xəbər verir ki, “rossonerilər” mövsüm başa çatdıqdan sonra braziliyalı oyunçunu heyətinə qatmağı düşünür.
24 yaşlı müdafiəçi “Zenit”lə 2030-cu il 30 iyunadək qüvvədə olan müqaviləyə malikdir.
Rusiya klubu Qustavo üçün 5 milyon avro tələb edir.