"Milan" sevinir: Əfsanə geri döndü

"Los-Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviç karyerasını keçmiş klubu "Milan"da davam etdirəcək.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, tərəflər razılığa gəlib. İsveçli hücumçu "qırmızı-qaralar"la 6 aylıq müqavilə bağlayıb.

38 yaşlı futbolçu 2010-2012-ci illərdə "Milan"da çıxış edib.