"Milan"dan 35 milyon avroluq transfer

"Milan" qış transfer pəncərəsinin ilk günlərində heyətini gücləndirib. SportLine.az xəbər verir ki, "qırmızı-qaralar" Lukas Paketanı transfer edib.

21 yaşlı futbolçunun keçidi üçün "Milan" "Flamenqo"ya 35 milyon avro ödəyib. 

L.Paketa ilə 5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Flamenqo"nun heyətində 65 oyunda meydana çıxan yarımmüdafiəçi 13 dəfə rəqib qapıçıları məyus edib.