"Milan"dan "Mançester Yunayted"ə 30 milyon avroluq təklif

Heyətini gücləndirmək istəyən "Milan" "Mançester Yunayted"in futbolçusu Ander Herreraya elçi düşüb. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossoneri" ispaniyalı yarımmüdafiəçi üçün 30 milyon avro ödəməyə hazırdır. 

İtaliya klubunun yaxın günlərdə "qırmızı şeytanlar"a rəsmi təklif ünvanlayacağı gözlənilir. 

Qeyd edək ki, 28 yaşlı futbolçunun keçidi mövsümün sonuna planlaşdırılır.