"Milan"dan növbəti transfer

"Milan" qış transfer pəncərəsində heyətini daha bir futbolçu ilə gücləndirib. SportLine.az "La Gazzett dello Sport"a istinadən xəbər verir ki, "rossoneri" "Cenoa"nın futbolçusu Kşiştof Pyonteklə razılığa gəlib.

24 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. Onun keçidi "Milan"ı 35 milyon avro xərcə salıb.

Futbolçu bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, "Milan" bir neçə gün öncə "Flamenqo"dan Lukas Paketanı heyətinə qatıb.