PSV "Milan"dan 40 milyon avro istəyir

"Milan" qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətindədir. SportLine.az xəbər verir ki, "rossoneri" PSV-nin futbolçusu İrvinq Lozanoya "elçi düşüb".

Meksika millisinin yarımmüdafiəçisini transfer etmək istəyən İtaliya klubu Eyndhoven təmsilçisi ilə ilkin danışığa başlayıb. Məlumata görə, PSV İ.Lozanonun keçidi üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2017-ci ildən Hollandiya klubunun şərəfini qoruyur.