"Milan"ın futbolçusu "Atletiko"nun hədəfində

"Milan"ın yarımmüdafiəçisi Suso karyerasını vətnində davam etdirə bilər. SportLine.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, futbolçu "Atletiko"nun hədəfindədir.

Madridlilərin artıq futbolçu və klub rəsmiləri ilə danışıqlara başladığı deyilir. 

Susonun müqaviləsində yer alan bəndə görə, futbolçu 40 milyon avro müqabilində sərbəst buraxıla bilər. La Liqa klubu bu məbləği ödəməyə hazır olduğunu bildirib və yaxın günlər Susonu transfer etmək niyyətindədir. 

Qeyd edək ki, 25 yaşlı futbolçu 2015-ci ildən "Milan"ın şərəfini qoruyur.