"Milan"ın yeni baş məşqçisi müəyyənləşdi

İtaliyanın “Milan" klubuna yeni baş məşqçi təyin edilib.

Sportline.az xəbər verir ki, bu haqda klubun rəsmi saytında məlumat yayılıb. 

Komandanın sükanı 53 yaşlı Stefano Pioliyə həvalə olunub. Bu gün təcrübəli mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Onun illik qazancı 1 milyon avro olacaq.

Qeyd edək ki, bu postda Marko Campaolonu əvəzləyən Pioli, bundan əvvəl, "İnter", "Latsio" və "Fiorentina" klublarında çalışıb.