"Milan"ın yeni prezidenti müəyyənləşdi

Maliyyə problemi ilə üzləşən "Milan"da rəhbərlik dəyişib. SportLine.az "Tuttosport"a istinadən xəbər verir ki, klub səhmdarlarının iclasında prezident Li Yun Hun və baş direktor Marko Fassone istefaya göndərilib. İtalyalı iş adamı Paolo Skaroni kluba yeni rəhbər təyin olunub.