"Milan"ın Zlatan İbrahimoviçə təklifi

Zlatan İbrahimoviç karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, 38 yaşlı hücumçu “Milan”ın maraq dairəsindədir. 

Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Xəbərdə “Milan” rəhbərliyinin İbrahimoviçin meneceri Mino Rayola ilə görüşdüyü bildirilir. “Qırmızı qaralar” isveçli hücumçuya 6 milyon avro dəyərində 1,5 illik müqavilə təklif etməyə hazırlaşır.

2010-2012-ci illər aralığında “Milan” formasını geyinən İbrahimoviç 85 oyuna 56 qol vurub.

Hazırda “Los Anceles Qalaksi”yə məxsus olan hücumçunun müqaviləsi dekabrın sonunda bitir.