Milimizin üzvü oynadı, komandası ermənilərə qalib gəldi
Azərbaycan millisinin üzvü Pavel Paşayevin şərəfini qoruduğu "Aleksandriya" yoxlama görüşündə qüvvəsini sınayıb. SportLine.az xəbər verir ki, rəqib Ermənistanın "Alaşkert" komandası olub.
Görüş Ukrayna klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.
P.Paşayev meydana start heyətində çıxıb və 63-cü dəqiqədə əvəzlənib.