"Milioki Baks" "Nyu-York Niks"dən üstün oldu
Milli Basketbol Assosasiyasında (NBA) mübarizə davam edir.
Sportline.az xəbər verir ki,“Milioki Baks” “Fiserv Forum” arenada “Nyu-York Niks”lə üz-üzə gəlib.
Görüşə daha fəal başlayan “Milioki Baks” ilk periodu 27:26 hesabı ilə öndə bitirib. Böyük fasiləyə qədər əzmkar oyun nümayiş etdirən “Nyu-York Niks” hesabda önə keçməyi bacarıb. 71:59.
Fasilədən sonra oyunun senarisi dəyişib. Dok Riversin komandası üstünlüyü ələ alaraq yekunda 121:111 hesabı ilə qalib gəlib.
Görüşün ən məhsuldar basketbolçusu Yannis Antetukumpo olub. 37 xal 8 ribaund 7 asist. “Nyu-York Niks”də isə Celen Brunson 36 xal 3 ribaund 1 asistlə yadda qalıb.
Bu mövsüm 3 qələbəsini rəsmləşdirən “Milioki Baks” Şərq konfransında 5-ci pillədə qərarlaşıb. “Nyu-York Niks” isə 6-cı pillədə yer alır.