Millimiz Maltadan 1 xalla dönür

UEFA Millətlər Liqasında 2-ci tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, növbəti oyun günündə Azərbaycan millisi də meydana çıxacaq. Rəqib Malta seçməsi olacaq. 

İlk oyunda Kosovonun müqavimətini qıra bilməyən Qurban Qurbanovun komandası, bu dəfə azarkeşlərini sevindirmək niyyətindədir. 

Maltanın Ta Qali stadionunda təşkil olunacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək. Oyunu Monteneqrodan olan hakimlər briqadası idarə edəcək.


10 sentyabr 2018
Millətlər Liqası
D Liqası, 3-cü qrup
2-ci tur

Malta - Azərbaycan - 1:1
QOLLAR:
Andrey Aqius, 10/p. (1:0); Təmkin Xəlilzadə, 26 (1:1)

Malta: 1. Endryu Hoqq, 3. Jozef Zerafa, 4. Stiv Borq, 5. Andrey Acus, 6. Rayan Fenek, 8. Pol Fenek, 9. Maykl Mifsud (k.), 10. Andre Şembri, 13. Jozef Mbonq, 14. Jan-Pol Farruciya, 17. Rayan Kamilleri  

Azərbaycan: 1. Kamran Ağayev (k.), 2. Qara Qarayev, 4. Pavel Paşayev, 5. Maksim Medvedev, 7. Mahir Mədətov, 8. Emin Mahmudov, 10. Rauf Əliyev, 13. Dmitri Nazarov, 20. Riçard Almeyda, 21. Təmkin Xəlilzadə, 22. Bədavi Hüseynov

Baş hakim: Nikola Dabanoviç 
Köməkçi hakimlər: Milutin Cukiç, Yovitsa Tatar
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç
Dördüncü hakim: Aleksandr Çikanoviç (hamısı Monteneqro)

Standings provided by Sofascore LiveScore