UEFA Millətlər Liqası: Hollandiya finalda

Bu gün UEFA Millətlər Liqasında digər finalçı müəyyənləşir. 

Sportline.az xəbər verir ki, böyük maraqla gözlənilən oyunda Hollandiya və İngiltərə seçmələri münasibətləri aydınlaşdırırlar. 

Maraqlıdır ki, bu rəqiblər sonuncu dəfə 23 il bundan qabaq üz-üzə gəliblər. 1996-cı il Avropa çempionatına təsadüf edən həmin oyun İngiltərə futbolçularının 4-1 hesablı qələbəsi ilə nəticələnmişdi. 

Son 7 qarşılaşmada məğlubiyyət nə olduğunu bilməyən İngiltərə millisi, 5 oyunda azarkeşlərini qələbə ilə sevindirib. 

Bu komandaların final mərhələsinə gedən yolu heç də asan olmayıb. Hollandiya A Liqasında Fransa və Almaniya milliləri ilə mübarizədən qalib çıxıb. Qaret Sautqeytin komandası isə, İspaniya və Xorvatiyanı üstələyib.

Qeyd edək ki, Hollandiya-İngiltərə görüşünün qalibi finalda Portuqaliya komandasının rəqibi olacaq. Uduzan tərəfi isə, 3-cü yer uğrunda İsveçrə ilə qarşılaşma gözləyir. Mükafatlar uğrunda oyunlar iyunun 9-da keçiriləcək.

UEFA Millətlər Liqası
Yarımfinal
6
iyun

Hollandiya - İngiltərə 3:1
Qollar:
Markus Reşford, 32-pen. (0:1), Mattes de Liqt, 73 (1:1), Kayl Volker, 97-ö.q. (2:1), Kvinsi Promes, 114 (3:1).

Baş hakim: Kleman Turpen (Fransa)
"Estadio D.Afonso Enrikes", Gimaraynş (Portuqaliya).