Millətlər Liqası: Portuqaliya çempion, İngiltərə 3-cü oldu

Bu gün UEFA Millətlər Liqasının qalibi müəyyənləşib. 

Sportline.az xəbər verir ki, "dördlər finalı"nın həlledici matçında A divizionunun qrup qalibləri - Portuqaliya və Hollandiya millisi qarşılaşır. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayıb. Minimal hesabla qalib gələn Fernando Santuşun komandası çempion olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Bu matçdan əvvəl - saat 17:00-da isə üçüncülük uğrunda İsveçrə - İngiltərə oyunu start götürüb.

Qeyd edək ki, hər dörd komanda A divizionunda qrup qalibi olub.

9 iyun
UEFA Millətlər Liqası
3-cü yer uğrunda görüş

İsveçrə - İngiltərə 0:0 (penaltilər 5:6)
Baş hakim: 
Alberto Undiano Malyenko (İspaniya)

Final

Portuqaliya - Hollandiya 1:0
Qol:
Qontsalo Qedeş, 60.
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)