Milli iki yoxlama oyunu keçirəcək

2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisinin martın 16-dan 25-dək Bakıda təlim-məşq toplanışı olacaq.

Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, Samir Əliyevin baş məşqçisi olduğu komanda hazırlıq prosesində 2 yoldaşlıq oyunu keçirəcək. Millimiz martın 22-də və 24-də Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.

Toplanışa dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:

Sultanov  Elməddin (Qəbələ), Qurbanov Samir (Qəbələ), Məhərrəmov Məhəmməd (Qəbələ), Rzayev  Veysəl (Qəbələ), Qurbanlı Nihad (Neftçi), Əkbərov   İnqilab (Neftçi), Əbiyev İlkin (Neftçi), Zülfüqarlı İsmayıl (Neftçi), Əsgərov  Vüsal (Neftçi), Verdiyev Hikmət (Səbail), Qarəhmədov Ədilxan (Səbail), Həsənzadə Raul (Səbail), Tağıyev  Elşad (Səbail), Bəşirov  Xəlil (Səbail), Məmmədov Murad (Səbail), Ağayev Ələkbər (Sumqayıt), Abdullazadə Rüfət (Sumqayıt), Abdullazadə Səbuhi (Sumqayıt), Əhmədov  Ramin (Zaqatala), Quliyev Nihad (Qarabağ), Arazlı Ayxan (Qarabağ), Rəhimli Cavidan (MOİK), Xanhüseyinli Zahir (Zirə)