Azərbaycan millisi bu dəfə də İranla bacarmadı
17 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün növbəti yoxlama oyununa çıxacaq.
Sportline.az xəbər verir ki, komandamız İran seçməsi ilə ikinci dəfə qarşılaşacaq. Bakı Olimpiya Stadionunun məşq meydanında keçiriləcək görüş, saat 20:00-da başlanacaq və CBC Sport televiziya kanalında canlı yayımlanacaq.
Qeyd edək ki, oyunu Orxan Məmmədov idarə edəcək. Ona Rza Məmmədov və Mübariz Haşımov kömək edəcək. Dördüncü hakim funksiyasını Ziya Nəsirov yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasında iyulun 7-də keçirilən görüşdə İran komandası 5:1 hesablı qələbəsi qazanıb.
10 iyul
Yoxlama oyunu
Azərbaycan U-17 - İran U-17 - 0:4
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Mübariz Haşımov, Ziya Nəsirov
Bakı Olimpiya Stadionu, məşq meydançası