Milli komanda Antalyaya yollanacaq

16 yaşadək futbolçulardan ibarət seçmə komandamız aprelin 22-dən 28-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək.

Sportline.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Türkiyə, Gürcüstan və Yunanıstanın müvafiq yaş qrupundan ibarət yığmalarının da iştirak edəcəyi yarışa hazırlıq məqsədilə U-16 aprelin 15-dən-21-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. 

Yığmamızın turnirdəki oyunlarının təqvimini diqqətinizə çatdırırıq:
 
23 aprel

16:00.Yunanıstan – Azərbaycan
 
25 aprel

18:00. Türkiyə - Azərbaycan
 
27 aprel

15:00. Gürcüstan – Azərbaycan