Milli komanda baş məşqçisiz qaldı
İran milli komandasının baş məşqçisi Mark Vilmots istefa verib.
Sportline.az xəbər verir ki, bu barədə 50 yaşlı mütəxəssis rəsmi “tvitter” hesabından məlumat yayıb.
Vilmotsun sözlərinə görə, İran Futbol Federasiyası müqavilə şərtlərini yerinə yetirməyib. Bu səbəbdən də, belçikalı mütəxəssis istefa verib.
Qeyd edək ki, Vilmots 2019-cu ilin mayında İran yığmasına baş məşqçi təyin olunmuşdu.