Milli komanda Belarusa qalib gəldi
Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi müvafiq yaş qrupuna aid yerli komanda ilə yoldaşlıq oyunu keçirib.
Sportline.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Turan Vəlizadə penaltidən vurub.
Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə ev sahibləri 4:0 hesablı qələbə qazanmışdı.