Milli komanda Belarusa uduzdu

17 yaşadək futbolçulardan ibarət milli komanda Bakıda təlim-məşq toplanışındadır.

Sportline.az xəbər verir ki, komandamız hazırlıq çərçivəsində Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoldaşlıq oyunu keçirib.

Görüş Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilib və Belarus 2:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilən oyun, qonaqların 4:1 hesablı qələbəsi ilə nəticələnib.