Milli komanda FİFA-nın yeni reytinqində

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə bir pillə ərəliləyən Azərbaycan milli komandası 109-cu sıraya qalxıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1625) 7-ci (-1),  Uels (1514) 24-cü (-1), Slovakiya (1491) 31-ci (0), Macarıstan isə (1442) 45-ci (-3) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1746 xalla Belçika başçılıq edir. Braziliya 1726 xalla ikinci, Fransa 1718 xalla üçüncü yerdədir.