Milli komanda İslandiyaya uduzdu

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsində bu gün sonuncu oyununu keçirib.

Sportline.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçilik etdiyi kollektiv İslandiyalı həmyaşıdları ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan yığma komandasının 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Millinin heyətində Dilara Soley Deli fərqlənib.