Milli komanda Makedoniyaya uduzdu

Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan millisi bu gün son oyununu keçirib. 

Sportline.az xəbər verir ki, komandamız Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk iki oyununda dabGürcüstana (0:2),  və Səudiyyə Ərəbistanına (1:2) uduzub.