Milli komanda məğlub oldu

Avropa çempionatının elit-raund mərhələsində çıxışını davam etdirən 17 yaşadək qızlardan ibarət milli komandamız növbəti oyununu keçirib.

Sportline.az xəbər verir ki, İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan seçməmiz 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, U-17 bu mərhələdə son oyununu martın 28-də İslandiya yığmasına qarşı keçirəcək.