Milli komanda reytinqdə gerilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1631) 7-ci (+1),  Uels (1524) 24-cü (-1), Slovakiya (1493) 31-ci (-2), Macarıstan isə (1429) 50-ci (0) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1755 xalla Belçika başçılıq edir.Fransa 1726 xalla ikinci pilləyə yüksəlib. Braziliya 1715 xalla üçüncüdür.