Milli komanda "Səbail"lə qarşılaşıb
Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət milli komanda bu gün yoxlama oyunu keçirib.
Sportline.az xəbər verir ki, Milan Obradoviçin başçılıq etdiyi kollektiv "Səbail"lə qarşılaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında oynanılan matçda heç-heçə qeydə alınıb - 1:1.
Görüşdə hesabı 8-ci dəqiqədə Ruslan Qurbanovun qolu ilə Premyer Liqa təmsilçisi açıb. Yığmamızın bərabərlik qolunu isə 20-ci dəqiqədə Fərid Nəbiyev vurub.
Qeyd edək ki, millimiz növbəti yoxlama oyununu martın 26-da birinci divizionun lideri MOİK-ə qarşı keçirəcək.