Milli komanda Sumqayıtda oynayacaq
21 yaşadək futbolçulardan ibarət komandaların Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan – Lixtenşteyn matçının stadionu müəyyənləşib.
Sportline.az xəbər verir ki, oyun Sumqayıtda təşkil olunacaq.
Noyabrın 14-də “Kapital Bank Arena”da keçiriləcək oyun saat 18:00-da başlanacaq.
Qeyd edək ki, millimiz qrupda keçirdiyi 5 oyunda 3 xal toplayıb.