Milli komanda "Sumqayıt"dan güclü oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası bu gün yoxlama oyunu keçirib.

SportLine.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt”ın U-19 komandası ilə qarşılaşan yığma 4:0 hesablı qələbə qazanıb. U-17-nin qollarını Veysəl Rzayev, Samir Abdullayev, Valeh Qəhrəmanlı və Rauf Məhərrəmov vurub.