Milli komanda toplanışa başladı

Bu ay, 2020-ci il Avropa çempionatının seçmə oyununda Xorvatiya, yoldaşlıq görüşündə isə Litva ilə qarşılaşacaq milli komandamız bu gündən təlim-məşq toplanışının intensiv mərhələsinə başlayıb.

Sportline.az xəbər verir ki, yerli futbolçularla yanaşı, legionerlərdən hələl ki, Qazaxıstan "Tobol"unun qapıçısı Emil Balayev və "Krılya Sovetov"un hücumçusu Ramil Şeydayev düşərgədədir.

Karyerasını Almaniya davam etdirən Rüfət Dadaşovla Dmitri Nazarov və İspaniya "Alkorkon"unun yarımmüdafiəçisi Eddi İsrafilov bu axşam Bakıya gələcək.

Milli komanda martın 19-da Zaqrebə yola düşəcək.

Qeyd edək ki, martın 21-də "Maksimir" stadionunda keçiriləcək Xorvatiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.

Martın 25-i saat 18-00-da isə, futbolçularımız  "Bakcell Arena"da Litva ilə yoldaşlıq görüşünə çıxacaqlar.