Türkiyə və Rusiya klublarının futbolçuları millidə
Qadınlardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışı üçün bir araya gəlib.
Sportline.az xəbər verir ki, hazırlıq bu gündən Bakıda başlayıb.
İyunun 17-dək davam edəcək prosesdə 23 futbolçu iştirak edəcək.
Millinin heyəti: Nərgiz Əliyeva, Nigar Abdulova, Nigar Mirzəliyeva, Roza Quliyeva, Firəngiz Teymurova (hamısı "Keşlə"), Arzu Əliyeva, Kamilla Məmmədova, Vüsalə Hacıyeva (hamısı "Qubek"), Nərgiz Hacıyeva, Jalə Məhsimova, Vüsalə Seyfəddinova, Rövşanə Sərdarlı (hamısı "Uğur"), Aytac Nematova, Həqiqət Qasımova, Sona Rəhimova (hamısı 8 - iOEUGiM), Gülsüm Tunc, Kristina Bakarandze (hər ikisi "Hakkarigücü", Türkiyə), Ayşən Əhmədova, Aysun Əliyeva (hər ikisi "Okjetpes", Qazaxstan), Manə Mollayeva, Sevinc Cəfərzadə (hər ikisi "Kubanoçka", Rusiya), Yeliz Açar, Parlak Nazlıcan (hər ikisi "Fatih Vatan", Türkiyə).