Milli komanda xorvatlarla heç-heçə edib

21 yaşadək futbolçulardan ibarət milli komandamız, Sloveniyada təlim-məşq toplanışını davam etdirir.

Sportline.az xəbər verir ki, millimiz yoxlama oyununda qüvvəsini sınayıb.

Rəqib Xorvatiyanın “Slaven Belupo” klubunun ikinci komandası olub. Qarşılaşma 1:1 hesabı ilə nəticələnib.

Komandamızın heyətində İsmayıl İbrahimli fərqlənib.