Milli komanda yoldaşlıq matçında uduzdu

17 yaşadək qızlardan ibarət seçmə komandamız Bakıda yoldaşlıq oyunu keçirib.

Sportline.az xəbər verir ki, komandamız "Dalğa Arena"da Rusiyanın 16 yaşadək qızlardan ibarət yığması ilə qarşılaşıb. Görüş millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, yığmamız eyni rəqiblə növbəti oyununu aprelin 28-də keçirəcək.